Türkiyədə baş vermiş zəlzələ Avropada son 100 ilin ən dəhşətli təbii fəlakətidir.
AzerTimes xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Kluge deyib.
O bildirib ki, regionda yardıma tələbat olduqca böyükdür və hər ötən saat bu tələbat daha da artır. Hazırda regionda 26 milyon insanın humanitar dəstəyə ehtiyacı var:
“İndi vaxt yetişib ki, beynəlxalq ictimaiyyət Türkiyənin illər ərzində dünyanın müxtəlif ölkələrinə göstərdiyi səxavət və dəstəyin cavabını versin. Türkiyə dünyanın ən çox qaçqına ev sahibliyi edən ölkəsidir”.