15 noyabrdan Bakıda mənzillərə, təhsil, səhiyyə müəssisələrinə və digər sosial obyektlərə istiliyin verilməsinə başlanacaq.
Bu sözləri AzerTimes-a açıqlamasında Azəristiliktəchizat ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
O bildirib ki, bununla bağlı artıq bütün hazırlıqlar tamamlanıb:
“İstiliyin verilməsində heç bir problem olmayacaq. Artıq hazırlıqlar tamamlanıb və xətlər yoxlanılıb”.
Qeyd edək ki, Azəristiliktəchizat ASC-nin sabah 11:00-da mövsümün başlanması ilə bağlı brifinqi keçiriləcək.