Vatsapa daha bir funksiya əlavə olunacaq.
AzerTimes xəbər verir ki, yeni funksiya Vatsapda bütün söhbət mesajlarını başqa dilə tərcümə etməyə imkan yaradacaq.
Yenilik artıq tətbiqin 2.24.15.9 nömrəli beta versiyasında qeydə alınıb.
Əvvəlcə yalnız altı dilin – rus, ingilis, ərəb, ispan, portuqal (Braziliya) və hindi dillərinin dəstəklənməsi planlaşdırılır, lakin siyahı genişlənəcək. Yeni funksiyanın tam buraxılış tarixləri hələ məlum deyil.