Vatikan Ukraynadakı münaqişənin həlli naminə danışıqlar üçün yer verməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Vatikanın xarici siyasət idarəsinin rəhbəri, arxiyepiskop Pol Riçard Qallaqer deyib.
“Müqəddəs Taxt-Tac və şəxsən Papa müharibə başlayandan bəri həmişə buna açıq olub, lakin indiyədək heç bir konkret cavab gəlməyib. Sülh naminə, hər iki tərəfin dialoqu üçün danışıqlara yer verməyə hazırıq”,- o bildirib.