Vatikanda QMİ-nin nümayəndəliyi açılır?

Vatikanda QMİ-nin nümayəndəliyi açılır?

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəliyinin təsis olunmasını istərdik.

AzerTimes xəbər verir ki, bu barədə QMİ sədri Allahşükür Paşazadə Bakıda Müqəddəs Taxt-Tacın Dövlət katibi Ali həzrət Kardinal Pyetro Parolin ilə görüşü zamanı bildirib.

“Bu, ənənəvi əlaqələrimizin təşkilati baxımdan daha da möhkəmlənməsi üçün vacibdir”, – o qeyd edib.

Allahşükür Paşazadə vurğulayıb ki, hazırda Dünya dini liderlərinin III Sammitinə hazırlıq işləri görülür.

“Əminəm ki, dünyanın mühüm dini mərkəzi olan Vatikan bu forumda da ən yüksək səviyyədə təmsil olunacaqdır, inşallah”, – o deyib.

Teqlər: