ABŞ-ın Vaşinqton şəhərində silahlı insident baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti Kolumbiya dairəsinin polis idarəsinin rəisi Robert Kontiyə istinadən xəbər verir.
Məlumata əsasən, naməlum silahlı şəxs ərzaq mağazasının yaxınlığında dayanan bir qrup insana odlu silahdan atəş açıb. İnsident nəticəsində biri 13 yaşlı yeniyetmə olmaqla 5 nəfər yaralanıb.
Bildirilir ki, onlardan 3-ü xəstəxanaya çatdırılıb, yeniyetmə və digər yaralı şəxs isə özləri həkimə müraciət ediblər.
R.Konti mətbuat konfransında baş vermiş hadisəni qəbuledilməz adlandırıb.