ABŞ-ın Vaşinqton ştatında ölümlə nəticələnən atışma baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.
Hadisə Renton şəhərində olub. Olay yerinə gələn polis 6 nəfəri güllə yarası ilə aşkarlayıb. Onlardan biri yerindəcə ölüb, digərlərinə tibbi yardım göstərilib.
İlkin məlumata görə, atəş açanlar bir neçə nəfər olub.