Vaşinqton və Ankara Qafqazda birlikdə fəaliyyət göstərir – ABŞ səfiri

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ və Türkiyə Qafqazda və Şimali Afrikada birlikdə fəaliyyət
göstərir və ABŞ bu münasibətlərin faydasını görür.

AzerTimes-ın məlumatına görə, bunu ABŞ-ın Türkiyədəki səfiri Ceffri
Fleyk “Anadolu” agentliyinə müsahibəsində deyib.

“ABŞ və Türkiyə olaraq yaxın münasibətlərimizin faydasını
görürük. Təhlükəsizliyimiz güclənib. Türkiyə 70 ildir ki, NATO
üzvüdür, ona görə də bu sahədə bir çox ortaq maraqlarımız
mövcuddur”, – deyə səfir bildirib.

Amerikalı səfir, həmçinin Türkiyə ilə Ermənistan arasında
münasibətlərin normallaşması prosesini çox yaxşı hadisə
adlandırıb.

“Biz bu prosesi məmnuniyyətlə qarşılayırıq. Birincisi Rusiyada
baş tutmuş, ikincisi isə Vyanada keçiriləcək xüsusi nümayəndələrin
görüşü bizi sevindirir. İstanbulla Yerevan arasında birbaşa
uçuşların başlaması da çox vacib addımdır”, – səfir deyib.

Teqlər: