Amerika hakimiyyəti Yaxın Şərqdəki münaqişədə ABŞ-ın İsrailə dəstəyi fonunda İrandan mümkün kiberhücumlara hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” qəzeti ABŞ-ın yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.
“ABŞ rəsmiləri HƏMAS ilə münaqişədə İsrailin dəstəyinə cavab olaraq İranın kiberhücumlarında mümkün artıma hazırlaşır. İsraildən başqa, ABŞ və İsrail hökumətini dəstəkləyən digər ölkələr də kiberhücum riski altındadır. Mümkün hücumlar, qeyd edildiyi kimi, kritik sistemlərə, xüsusən də su və elektrik təchizatına zərər vurmaq məqsədi daşıya bilər”, – mənbə bildirib.