Vaşinqton danışıqları yekunlaşır: İrəvan bunu qəbul etməsə…

Vaşinqton danışıqları yekunlaşır: İrəvan bunu qəbul etməsə…

Əliyevin Şuşada səsləndirdiyi fikirlər Bakı-İrəvan xəttində müzakirə olunan sülh sazişinin mətninə dair müəyyən detalları anlamağa imkan verir.

Ermənistan 40 gün fasilədən sonra Azərbaycana göndərdiyi sülh sazişinin “redaktə” edilmiş mətnində iddialarından əl çəkmir: Qarabağı sülh sazişinə daxil etmək istəyirlər, o cümlədən, Bakının “terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizəyə dair” təklifində “separatizmin” üzərindən xətt çəkməklə Xankəndindəki separatçıları dəstəkləyəcəyi niyyətini ortaya qoyur;

İrəvanın planı əvvəldən məlumdur: Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar, lakin separatçıları “tərəf”, yaxud ən azı erməni əhalisinin “təmsilçisi” kimi qəbul etdirməklə problemin “hüquqi münaqişə” müstəvisində davam etdirilməsinə çalışırlar;

Prezidentin çıxışı da bunu təsdiq edir. Və aydındır ki, Vaşinqton danışıqlarında da Ermənistan bu niyyətini “Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” adı altında rəsmiləşdirmək cəhdləri edir. Hərçənd, rəsmi Bakının Vaşinqton və Brüssel tərəfindən də qəbul edilən mövqeyi bəllidir: “Ermənistan-Azərbaycan sülh sazişi” ilə “Azərbaycan hökumətinin Qarabağdakı erməni əhalisi arasındakı təmaslar” ayrı-ayrı məsələdir;

Bu gün axşam Vaşinqtonda danışıqlar yekunlaşacaq. İrəvan bunu qəbul etməsə sülh sazişi də sual altına düşür.

Teqlər: