Vaşinqton Cozef Baydenin sentyabrın 11-dək qoşunları Əfqanıstandan çıxarmaq niyyətini təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden sentyabrın 11-dək Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bunu Əfqanıstandakı vəziyyətə həsr olunan xüsusi brifinq zamanı Vaşinqton administrasiyasının yüksəkvəzifəli nümayəndəsi deyib.

Nümayəndə bildirib: “Biz mayın 1-dən heç bir şərt irəli sürmədən Əfqanıstandan qoşunların nizamlı çıxarılması prosesinə başlayırıq və sentyabrın 11 hadisələrinin 20-ci ildönümünədək ölkədəki bütün hərbçiləri çıxarmağı planlaşdırırıq”.

Onun sözlərinə görə, Vaşinqton “Taliban” radikal hərəkatını amerikalı hərbçilərə hücumdan çəkinməyə çağırıb: “Biz taliblərə qoşunların nizamlı və təhlükəsiz çıxarılması zamanı amerikalı hərbçilərə edilən istənilən hücuma qətiyyətlə cavab verəcəyimizi bildirmişik”.


Vaşinqton administrasiyasının nümayəndəsi ABŞ-ın terrorizmə qarşı mübarizə aparmaq üçün regionda yetərincə hərbi kontingent saxlayacağını da bildirib.

Amerika icra hakimiyyətinin nümayəndəsi əlavə edib ki, ABŞ terrorizmə qarşı mübarizə aparmaq üçün regionda lazımi hərbi kontingent saxlayacaq.