Vaşinqton Azərbaycan tərəfindən 17 erməni hərbçinin geri qaytarılmasını alqışlayır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan özünün Tvitter hesabında yazıb.
“Birləşmiş Ştatlar davamlı sülh razılaşmasına nail olmaq üçün davam edən səyləri dəstəkləməyə davam edir”, – o, vurğulayıb.
Xatırladaq ki, bir gün əvvəl Bakı 17 erməni hərbçini İrəvana qaytarıb. Proses ABŞ-ın vasitəçiliyi ilə baş tutub.