Vasif Talıbovun qardaşı saxlanıldı

Vasif Talıbovun qardaşı saxlanıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması barədə xəbər yayılıb.

AzerTimes Gununsesi.info-ya istinadən xəbər verir ki, Məhərrəm Talıbov Naxçıvandakı anti-korrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.

Məhərrəm Talıbovun mobil telefonuna zəngə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırıb.

Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq, o zaman onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.

Teqlər: