Vasif Talıbov Bakıya gəlir?

Vasif Talıbov Bakıya gəlir?

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Bakıya gəlməyə hazırlaşdığı haqda axşam saatlarında məlumat yayılıb.

AzerTimes xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Naxçıvan hava limanında Vasif Talıbovun səfərinə hazırlıq getdiyi haqda məlumat yayıblar.

Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin anım günü olmasına baxmayaraq, Vasif Talıbovun Bakıya Ulu öndərin məzarını ziyarət üçün gəlməsi mübahisəlidir. Çünki bu halda V.Talıbov səhər saatlarında gələrdi.

Buna baxmayaraq, hazırda V.Talıbovun Bakıya gəlib-gəlmədiyi və yaxud Naxçıvan aeroportundakı “hazırlıq işlərinin” aqibəti haqda məlumat yoxdur.

Teqlər: