Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.
Trend xəbər verir ki, şahmatçımız Vasif Durarbəyli onaltıdabir finalda özbəkistanlı Nadirbek Abdusattorov ilə üz-üzə gəlib. V.Durarbəyli birinci partiyada qələbə qazanaraq, turnirə qələbə ilə başlayıb.
Dünya kubokuna qatılan Azərbaycanın yeddi şahmatçısından altısı – Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar.
Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.