Azərbaycan hakimiyyəti Qarabağ ermənilərini istənilən vaxt və tam həcmdə ərzaqla təmin etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın “1in.am” kanalına müsahibəsində gürcü jurnalist və ekspert Gela Vasadze deyib.
“Azərbaycan hakimiyyəti Qarabağ əhalisini istənilən vaxt və tam həcmdə ərzaqla və lazım olan hər şeylə təmin etməyə hazırdır. Və hamı Qarabağın Azərbaycan olması ilə razılaşırsa, o zaman Qarabağdakı separatçı hakimiyyətin təslim olması problemindən başqa, problem nə ola bilər ki?” – o bildirib.