Polşanın paytaxtı Varşavada Polşa Seyminin binası yaxınlığında Avropa Birliyinin “yaşıl” siyasətinə etiraz olaraq fermerlər etiraz aksiyası keçirirlər.
AzerTimes xəbər verir ki, etiraz aksiyası zamanı bir neçə nəfər parlament binasına daxil olub, ancaq onlar saxlanılıblar.
Hazırda küçələrdə fermerlərlə polis arasında qarşıdurma yaşanır.
Qeyd edək ki, ötən ilin payızından polşalı fermerlər mütəmadi olaraq etiraz aksiyaları keçirirlər.