Vardanyanı Qarabağa gətirən 2 səbəb

Vardanyanı Qarabağa gətirən 2 səbəb

Ruben Vardanyan Moskvadan Xankəndiyə ötən ilin sentyabr ayında gəlib. O, bu 5 ayda dünyanın müxtəlif televiziya kanallarına, nəşrlərinə, agentliklərinə və saytlarına onlarla müsahibə verib.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Qarabağdakı erməni separatçı tör-töküntüsünün “dövlət naziri” Ruben Vardanyan haqda qeyd edib.

O bildirib ki, Araik Arutyunyan illərdir Qarabağ separatçılarının lideridir, ancaq onun bu müddətdə bircə müsahibəsini xatırlamaq çətindir, Vardanyan isə hər gün dayanmadan müsahibə verir:

“Vardanyanın nə danışmasından asılı olmayaraq, o, beynəlxalq medianın diqqətini çəkib və bu hal Azərbaycan üçün təhlükə mənbəyinə çevrilib. Çünki Vardanyan Azərbaycana qarşı informasiya müharibəsinin başlıca fiquruna çevrilib.

Vardanyanı Qarabağa Kreml göndərib. Ancaq Kreml Vardanyan vasitəsilə istəyinə nail olmadı, rəsmi Bakı onunla təmasdan imtina etdi. Kreml sahibi Vladimir Putin Vardanyanı Rusiya vətəndaşlığından məhrum edib. Demək, Ruben Vardanyan Qarabağı tərk edəcəyi halda başqa ölkələrdən birində məskunlaşmalıdır. Vardanyan o ölkələrdən birini seçəcək ki, Putinlə yaxınlığına görə ona qarşı sanksiya tətbiq edilməsin.

Vardanyanın Rusiyadakı “Troyka Dialoq”u bir çox ofşor şirkətin təsisçisidir. Vardanyan bu şirkətlər vasitəsilə Rusiyanın tanınmış şəxslərinə pullar köçürüb. Bu sırada Vladimir Putinin yaxın dostu Sergey Rolduqinin də adı var. Vardanyan şirkətləri vasitəsilə 5 milyard dollara yaxın pulu müxtəlif şəxslərin hesablarına köçürülüb. Dünyadakı imkanlı ermənilərin tətbiq etdiyi texnologiyadır. Vardanyan açıqlamalarında kriminal dairələrlə heç bir əlaqəsinin olmadığını idda etsə də, 1990-cı illərin Rusiyasında təmiz pul qazanmaq mümkün deyildi. Milyardı olan biznesmen kriminal dairələrdən və məmurlardan qorunmaq üçün onlarla bölüşməli idi. Ruben Vardanyanın rəhbəri olduğu şirkətin 2000-ci illərin başlanğıcında Nyu York və Londonda ofisləri açılıb. Vardanyan eyni zamanda haqqında danışmağı sevmədiyi Panama və Virgin adalarında da ofşor şirkətlər yaradıb. Ruben Vardanyan Dmitri Medvedyevin Rusiya prezidenti olduğu illərdə “Skolkovo” yüksək texnilogiyalar layihəsinin təsisçilərindən olub. Vardanyan bununla Medvedyevə yaxın olmağa çalışıb. Çünki “Skolkovo” keçmiş prezident Dmitri Medvedyevin əsas layihəsi idi və Kremlin keçmiş sahibi bu layihə vasitəsilə ABŞ-ın “Silikon vadisi”ndəki texnoloji şirkətlərinə rəqib olacağını planlaşdırırdı.

Beləliklə, Ruben Vardanyan ABŞ və Avropada təhsilini bitiridiyi 1990-cı illərdən bəri maliyyə, bank işi, müxtəlif iqtisadi layihələrlə məşğul olub. O, bu illərdə siyasət barədə düşünməyib. Vardanyan siyasətçi olmadığı qədər, hərbçi də deyil”.

E.Şahinoğlu bildirib ki, böyük şirkətləri və milyardları idarə edən Vardanyan aşağıdakı səbəblərdən Qarabağa köçməyə razılaşıb:

“Birincisi, o, bu yolla milyardlarını Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan qorumağa çalışıb;

İkincisi, erməni separatçıların “dövlət naziri” kimi Avropa stukturları ilə əlaqə vasitəsilə gələcəkdə işinin başına qayıtmaq istəyib. Təsadüfi deyil ki, Qarabağa köçdükdəın sonra Fransaya səfər edib və indi də Parisdəki dostlarıyla əlaqərini davam etdirir. Vardanyan BBC-yə son müsahibəsində “Qarabağdan getməyəcəyini” bildirib. Bunu reallaşdırmaq Azərbaycanın əlindədir. Azərbaycan üçün həlledici olacaq 2023 və 2024-cü illərdə Vardanyan yola salınmalıdır”.

Teqlər: