Vardanyandan 1 milyon alan Pauer Bakıdan nə istəyir?

Vardanyandan 1 milyon alan Pauer Bakıdan nə istəyir?

Xəbər verdiyimiz kimi, USAİD direktoru Samanta Pauer X səhifəsində Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını “məcburi köç” adlandırıb.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev USAİD direktorunun bu açıqlamasına cavabında isə qeyd edib ki, Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb.

Hacıyev Samanta Pauerin hazırda Azərbaycanda həbsdə olan Qarabağ separatçılarının nümayəndəsi, milyarder Ruben Vardanyanla olan əlaqələrini də xatırladıb.

AzerTimes xəbər verir ki, Samanta Pauerlə əlaqəsini Ruben Vardanyan ilk dəfə Azərbaycan istintaq orqanlarına verdiyi ifadəsində etiraf etmişdi.

Vardanyan etirafında Donetsk separatçısı, hazırda Rusiya Dövlət Dumasının deputatı olan Aleksandr Borodayın bilavasitə onun tərəfindən maliyyələşdirildiyini demişdi. USAİD-in rəhbəri Samanta Pauerin Vardanyanla yaxın təmaslarının təfərrüatı da Azərbaycan tərəfinə məlum olmuşdu.

Belə ki, ABŞ administrasiyasının əsas fiqurlarından sayılan Samanta Pauer Ukraynada separatçıları maliyyəşdirən Ruben Vardanyanla nəinki əməkdaşlıq edir, hətta erməni milyarderin “soyqırıma məruz qalmış ermənilər”ə yardım etmək məqsədilə yaratdığı “Avrora” təşkilatının 1 milyon dollar dəyərində mükafatını da alıb.

Teqlər: