Vardanyan və İran Bakıya mane olur – Forbes

Vardanyan və İran Bakıya mane olur – Forbes

Avropa enerji böhranından tam çıxmayıb, hələ də siyasi risklər mövcuddur. Bu proseslərin fonunda isə Azərbaycan qazının Avropaya nəqlinə təhlükə yarada biləcək regionda sabitliyi pozan faktorlar peyda olub: Vardanyan və İran. Bu iki amil Azərbaycan qazının Avropaya tədarükü üçün əsas təhlükə mənbəyidir.

AzerTimes xəbər verir ki, bu barədə Amerikanın məşhur “Forbes” nəşrinin yayımladığı məqalədə deyilir.

Məqalədə qaçaq erməni milyarder Ruben Vardanyanın Azərbaycana məxsus qızıl, mis və molibden mədənlərini talamasına toxunulur:

“Enerji böhranının nəticələrinin yumşaldılmasına baxmayaraq, Avropa hələ də bu sahədə müəyyən çətinliklərlə üzləşir. Bu çətinlikləri artıran səbələrdən biri Ruben Vardanyanın Azərbaycana məxsus qızıl, mis və molibden mədənlərini talamasıdır. Erməni əsilli qaçaq milyarder regionda sabitliyi pozan amil hesab edilir. Vardanyan uydurma rəqəmlərlə vəziyyəti sabitsizləşdirməyə və manipulyasiya etməyə çalışır.

Digər səbəb rəsmi Tehrandır. İran Azərbaycanın Avropaya enerji təchizatı üçün əsas təhlükələrdən biridir. Tehranın Azərbaycanla problemləri var: İran Azərbaycanla İsrail arasında sıx diplomatik münasibətlərin olmasını qəbul edə bilmir. Tehran İran və Ermənistanı birləşdirən ərazidən keçəcək Zəngəzur dəhlizinin açılmasının da əleyhinədir. Ötən həftə İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycana “videoxəbərdarlıq” – İran bayraqları ilə sərhəddə dayanan hərbi geyimli uşaqların videogörüntüsünü dərc edib”.

Bildirilir ki, bəzi ölkələrdə elektrik enerjisinin qiymətləri daha yüksəkdir, xüsusən də Avropa iqtisadiyyatının aparıcı ölkəsi olan Almaniyada:

“AB Rusiya neft və qazını öz enerji bazasından çıxardı. Baxmayaraq ki, qazın bir hissəsi hələ də “Türk axını” boru kəməri vasitəsilə və mayeləşdirilmiş təbii qaz şəklində tədarük edilir. Rusiyadakı enerjiləri əvəzləmək üçün Qətər, Misir, Azərbaycan (təbii qaz) və ABŞ ilə yeni enerji ittifaqları yaradılıb. ABŞ Rusiyadan aldığı təbii qazın bir hissəsini mayeləşdirilmiş təbii qazla əvəz edib. Bunun üçün Avropanın daha çox ehtiyacı olan mayeləşdirilmiş təbii qaz terminalları tələb olunur. Enerji İnformasiya Administrasiyasının məlumatına görə, 2022-ci ilin birinci rübündə ABŞ Avropa sayəsində dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısı olub. Mayeləşdirilmiş təbii qaz qiymətləri boru kəməri qazından yüksəkdir, ona görə də AB digər mənbələrdən ucuz boru kəməri qazı axtarmağa məcburdur. Əvvəllər Rusiya qazı Avropa ölkələrinin idxal etdiyi ümumi qazın təxminən 40%-ni, Almaniyanın qaz idxalının isə 60%-ni təşkil edirdi. AB son 20 ildə Rusiya qazının alışını 150% artırıb. Azərbaycan qazı keçən yay Avropanın enerji probleminin həlli oldu. Ölkə artıq Avstriya, Bolqarıstan, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İrlandiya, Portuqaliya, Rumıniya, Xorvatiya və Çexiyaya neft və qaz tədarük edir. 2022-ci ildə Azərbaycan qazının AB-yə tədarük həcmi 12 milyard kubmetrə çatıb və 2027-ci ilə qədər ölkə təbii qaz idxalını iki dəfə artıracaq. “DataLab” Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunun rəhbəri Matteo Villa “Trans-Adriatik” Boru Kəmərinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan artıq İtaliyanı “İtaliyanı sənayesizləşdirmədən xilas edib” deyib”.

Qeyd edək ki, məqalədə yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktından da bəhs edilir.

Teqlər: