Vardanyan milyardlarını xilas etdi, indi də artıracaq – Markov

Vardanyan milyardlarını xilas etdi, indi də artıracaq – Markov

Ruben Vardanyanın Qarabağın erməni icmasındakı “vəzifəsi”ndən uzaqlaşdırılması Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanlarını artıracaq.

AzerTimes xəbər verir ki, bu sözləri Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov beyib.

Onun fikrincə, Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi və Qarabağa gəlişi, əslində, Rusiya oliqarxlarına qarşı Qərbin sanksiyalarından yayınmaq, eyni zamanda, Rusiya rəhbərliyi ilə də münasibətləri pozmamaq idi.

“İndi Vardanyan özünün Ermənistan və ehtimal ki, Fransa vətəndaşlığından istifadə edərək Qərb biznesindən Rusiya aktivlərini ucuz qiymətə alacaq. Vardanyan hiylə işlədərək öz milyardlarını sanksiyalardan azad edə bildi, üstəlik, hələ əlavə milyardlar da qazanacaq”, – deyə o bildirib.

Teqlər: