Növbəti siyasi addımlar Ermənistanda atılacaq.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.
Vardanyanın qarşıdan gələn İrəvan meri seçkilərinə ciddi hazırlaşdığı bildirilib.
“Bu, təkcə adi seçkilər olmayacaq, həm də Ermənistanda müxalifət liderliyi məsələsi həll ediləcək. Görünən odur ki, Serj Sərkisyan və Robert Köçəryanın rəhbərlik etdiyi parlament müxalifəti 2021-ci il ümummilli seçkilərindən sonra öz siyasi kapitalını israf edib və çoxdan daxili siyasi sferada faktor olmaqdan çıxıb”, – deyə qeyd edilib.