Tavuşdakı etirazları Ruben Vardanyanın “Yaşamaq üçün ölkə” Partiyası təşkil edib.
Axar. az xəbər verir ki, bunu erməni bloger Roman Baqdasaryan deyib.
“Noyemberyan sakinləri mənə yazıblar ki, Tavuşda keçirilən aksiyaların arxasında “Yaşamaq üçün ölkə” Partiyasından pul alan adamlar var. Onlar Alaverdidəki dilənçi qadınlar taparaq, pul müqabilində Tavuşun yollarında oturdublar.
Ruben Vardanyan, Bakıda həbsxanada oturanda belə xalqınıza kədər gətirirsiniz. Allah həm səni, həm də partiyanı cəzalandıracaq”, – Baqdasaryan bildirib.