“Vaqner” Xüsusi Hərbi Şirkətinin ağır texnikası Rusiya Silahlı Qüvvələrinin bölmələrinə veriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda sözügedən ağır hərbi texnikanın Rusiya Silahlı Qüvvələrinin aktiv bölmələrinə təhvil verilməsi üzrə hazırlıqlar gedir.