“Vaqner”in 6-cı və sonuncu maşın kolonu gecə saatlarında Belarusa daxil olub.
AzerTimes xəbər verir ki, bununla bağlı “Belarus Qayun” monitorinq qrupu özünün Teleqram səhifəsində məlumat yayıb.
Kolon M5 magistralı ilə hərəkət edib və Osipoviç şəhərindən keçib. Onun uzunluğu 10 km-ə qədər olub və polis müşayiəti ilə hərəkət edib.
Qeyd edək ki, Yevgeni Priqojinin təyyarəsinin də Belarusda olduğu bildirilir.