“Vaqner”dən qəza ilə bağlı açıqlama – Təcili

“Vaqner”dən qəza ilə bağlı açıqlama – Təcili

Priqojinin olduğu təyyarənin uçuşu zamanı səmada iki partlayış səsi eşidilib.

AzerTimes xəbər verir ki, bu barədə “Vaqner” özəl hərbi şirkətin Teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, saat 18:20-də təyyarə radardan itib, 12 dəqiqə sonra isə təyyarə səmada partlayıb:

“İki partlayış oldu. Qanad və stabilizator Kujenkino stansiyasına, fyuzelaj və qanad isə Kujenkino kəndinə, keçmiş ferma yaxınlığına düşdü. Vətəndaşlar xəsarət almayıb, evlər zərər görməyib. Saat 19:10-da 4 meyit barədə məlumat gəldi. Hadisə yerinə Boloqovodan təcili yardım gəldi”.

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa uçduğu bildirilən şəxsi “Embraer” təyyarəsinin Tver vilayətində qəzaya uğraması nəticəsində göyərtədə olan 10 nəfərin hamısının öldüyü vurğulanır. Sərnişinlər arasında Yevgeni Priqojinin də adı var.

Teqlər: