“Vaqner” özəl hərbi təşkilatı Rusiyanın regionlarında işə qəbul mərkəzlərinin fəaliyyətini 1 ay müddətinə müvəqqəti dayandırıb.
AzerTimes xəbər verir ki, bu barədə təşkilatın elanında deyilir.
Bildirilib ki, qərar “Vaqner”in Ukrayna müharibəsində iştirak etməməsi və Belarus ərazisinə köçməsi ilə əlaqədardır.