Vaqnerçilər yenidən Ukraynaya göndərildilər

Vaqnerçilər yenidən Ukraynaya göndərildilər

“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri yenidən Ukrayna cəbhəsinə yerləşməyə başlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

“Vaqnerçilər həm fərdi, həm də müxtəlif rusiyayönlü birləşmələrin tərkibində Ukraynaya qayıdırlar. Onların dəqiq statusu qeyri-müəyyəndir, lakin çox güman ki, döyüşçülər Rusiya Müdafiə Nazirliyinin hərbi hissələrinə və digər özəl hərbi şirkətlərə köçürülüb”, – hesabatda qeyd olunub.

Bildirilib ki, vaqnerçilər əsasən cəbhənin Baxmut istiqamətinə yerləşdirilib.

Teqlər: