Vaqnerçilər Ukraynada qırğına göndəriləcək

Vaqnerçilər Ukraynada qırğına göndəriləcək

“Vaqner” rəhbəri Yevgeni Priqojinin və iki müavininin ölümündən sonra muzdlular Rusiya ordusuna birləşdirilərək qırğın üçün Ukraynaya geri göndəriləcək.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

“Muzdlular Rusiya ordusuna inteqrasiyanı gözləyirlər, onlar artıq Müdafiə Nazirliyi ilə müqavilələr imzalayırlar, heç bir müqavimət olmayacaq. Tezliklə onlar Ukraynada döyüş bölgəsində görünəcəklər”, – Kovalenko bildirib.

Ekspertin sözlərinə görə, muzdluların dəqiq hara göndəriləcəyi cəbhədəki vəziyyətdən asılı olacaq.

Teqlər: