Rusiyanın “Vaqner” hərbi muzdluları Soledara tam olaraq nəzarəti ələ keçirə bilmədiklərini bəyan ediblər.
AzerTimes xəbər verir ki, yayılan görüntülərdə “Vaqner”çi olduğu iddia edilən hərbi formalılar şəhərə nəzarəti tam ələ ala bilmədiklərini deməklə yanaşı, ağır itkilərinin olduğunu bildiriblər.
“Şəhərin ələ keçirilməsi hələ sona çatdırılmayıb. Çox, çox itkilərimiz var. Yevgeni Viktoroviç (“Vaqner”in lideri” Priqojin – red.) dedi ki, sona qədər dayanın”, – hərbi formalılardan biri deyib.
Qeyd edək ki, daha öncə Rusiya MN Soledar şəhərinin ələ keçirildiyini, CNN isə Ukrayna ordusunun geri çəkildiyi barədə məlumat yayıb.