“Vaqner” özəl hərbi şirkətin əsgərləri Krasnodardakı otellərin əksəriyyətini zəbt ediblər.
AzerTimes xəbər verir ki, bu barədə “Astra” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, vaqnerçilər Krasnodardakı otelləri avqusta qədər bron ediblər və orada istirahət edirlər. Ancaq özlərini vəhşi kimi aparırlar: otel otaqlarını sıradan çıxarır, öz aralarında və otel işçiləri, o cümlədən sakinlərlə vaxtaşırı dava-dalaş salırlar.
Bildirilir ki, Milli Qvardiya bu gün səhər otellərdən birinə gəlib, çünki özəl hərbi şirkətin döyüşçüsü otel işçisinə hücum edib.
“Səhər bizdə Milli Qvardiyanın üç maşını var idi, vaqnerçilərdən biri otel işçisini az qala boğacaqdı. Ondan pul oğurlandığını düşünürdü, amma pul otaqdakı seyfdən çıxdı. Onlar dəhşətli dərəcədə pintidir, birbaşa çarpayıya “tualet etdikləri” də olur. Onlar səhər 7-dən gecəyə qədər içirlər”, – otellərdən birinin əməkdaşı deyib.