Mən hazırda Voronej vilayətində bir ərazidəyəm. Biz artıq 3 helikopter və bir nəqliyyat təyyarəsini vurmuşuq. Bundan sonra ancaq Moskvaya hərəkət edəcəyik. Silahlı Qüvvələrdən bizə müqavimət göstərməməyi xahiş edirik. Qələbə bizimlədir!
AzerTimes xəbər verir ki, bu sözləri “Vaqner” döyüşçüsü yaydığı video-müraciətdə deyib.
Müraciət bir sıra Teleqram kanallarında paylaşılıb.
Qeyd edək ki, qiyama qalxan “Vaqner” döyüşçülərinin Rostov və Voroneji ələ keçirdikdən sonra Moskvaya doğru irəlilədiyi bildirilir.