“Vaqner” üsyanının ən mühüm nəticəsi… – Borrell

“Vaqner” üsyanının ən mühüm nəticəsi… – Borrell

“Vaqner”in yaradıcısı Yevgeni Priqojinin uğursuz üsyanı Kremlin Ukraynaya qarşı müharibəsinin Rusiyanın gücünü parçaladığını göstərir.

AzerTimes xəbər verir ki, bu sözləri AB-nin baş diplomatı Jozep Borrell deyib.

O, nüvə dövlətinin qeyri-sabitliyinin “yaxşı olmadığını” da bildirib:

“Ötən həftənin sonunda baş verənlər göstərir ki, Ukraynaya qarşı müharibə Rusiyanın qüdrətini sarsıdır və onun siyasi sisteminə təsir edir. Əlbəttə, Rusiya kimi nüvə dövlətinin qeyri-sabitlik mərhələsinə düşə biləcəyini görmək pisdir. Bunu da nəzərə almaq lazımdır”.

Borrell əlavə edib ki, ən mühüm nəticə Putinin Ukraynaya qarşı başlatdığı müharibə və yaratdığı “Vaqner” adlı bədheybətin indi Rusiya liderinin əleyhinə çevrilməsidir:

“Monstr öz yaradıcısına qarşı hərəkət edir, siyasi sistem kövrəklik nümayiş etdirir və hərbi güc çatlayır”.

Teqlər: