“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda iştirak etmir.
AzerTimes xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda qeyd olunub.
“Hazırda “Vaqner”in əməkdaşları yalnız Afrika və Belarusda işləyir. Şirkətin bölmələri nə “Rosqvardiya”, nə Müdafiə Nazirliyinin sıralarında fəaliyyət göstərir. İndiki mərhələdə şirkət Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında iştirak etmir”, – məlumatda bildirilib.