“Vaqner” Putinin əlinə keçir

“Vaqner” Putinin əlinə keçir

Rusiya Prezidenti Vladimir Putin “Vaqner”in Afrika və Yaxın Şərqdəki geniş əməliyyatlarına nəzarəti ələ almağa çalışır.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” öz mənbəsinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mərkəzi Afrika Respublikasında “Vaqner” əməliyyatlarının idarə edilməsi Müdafiə Nazirliyi ilə əlaqəli təşkilatlara həvalə olunacaq.

Həmçinin, bütün gizli xarici “Vaqner” şəbəkəsi effektiv Rusiya hərbi komandanlığı altına keçməlidir.

Ötən həftənin sonunda Putin “Vaqner” muzdlularına and içməyi əmr edən fərman imzalayıb. Mənbə qeyd edib ki, bu addım Rusiyanın yüksək rütbəli hərbi rəsmisinin Liviya və Suriyaya səfərindən sonra atılıb.

Teqlər: