Yevgeni Priqojinin ölümündən sonra “Vaqner” daha da təhlükəli ola bilər. Çünki qrup Kremlin tam nəzarətinə keçəcək.
AzerTimes xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
“Vaqner” qrupuna nəzarət birbaşa Prezident Putinin üzərinə düşür. İndi hamı Belarusda yerləşdirilən “Vaqner”in böyük və ya az təhlükə olduğu sualına cavab versin”, – Moravetski bildirib.