“Vaqner” döyüşçüləri Rusiyanın Kursk vilayətinə gəliblər və Ukrayna Silahlı Qüvvələri ilə döyüşə giriblər.
AzerTimes xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyinin könüllülər korpusunun taborları və “Vaqner” qrupunun döyüşçüləri artıq Sudja yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə qarşı ilk döyüşlərə başlayıblar”, – məlumatda vurğulanıb.