“Vaqner” rəhbəri Yevgeni Priqojinin Moskvadan Sankt-Peterburqa uçan şəxsi təyyarənin Tverdə qəzaya düşməsi (vurulması) nəticəsində ölməsi barədə xəbərlərdən sonra vaqnerçilər video-müraciət yayıblar.
AzerTimes xəbər verir ki, sosial şəbəkədə yayılan müraciətdə üzü bağlı olan vaqnerçilər bildiriblər:
“Belə söhbətlər gedir ki, indiki situasiyada “Vaqner” nə ilə məşğul olacaq? Biz yalnız bir şey deyirik: Başlayırıq, bizi gözləyin!”.
Qeyd edək ki, 23 avqust axşam saatlarında “Vaqner” rəhbəri Yevgeni Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.
Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimalı yüksəkdir.