Rus generalları Baxmut ərazisində “Vaqner” muzdlularının tükənməsinə sevinirlər.
AzerTimes xəbər verir ki, bunu rusiyalı müxalifətçi Mark Feyqin deyib.
M.Feyqin bildirib ki, generallar “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojinə nifrət edirlər:
“İndi artıq müəyyən bir fikir var ki, “Vaqner” PMC-nin gücü tükənir, əlbəttə ki, bütün generallar buna çox sevinirlər, həm Gerasimov, həm də Şoyqu, ona nifrət edirlər. Ona görə də Priqojinin heç bir resursu qalmasa, hamısı Baxmuta xərclənəcək. Britaniyalılar bununla bağlı bildirirlər ki, sutka ərazində 500-800, bəzi günlərdə isə az qala 2 min rus hərbçisi ölür. Mən buna çox inanıram”.