“Vaqner” Baxmutda irəliləyir – Priqojin

“Vaqner” Baxmutda irəliləyir – Priqojin

“Vaqner” döyüşçüləri Ukraynanın Baxmut şəhərində irəliləməyə davam edir.

AzerTimes xəbər verir ki, bu barədə özəl hərbi təşkilatın rəhbəri Yevgeni Priqojin deyib.

O, eyni zamanda bildirib ki, Rusiya Müdafiə Nazirliyindən “Vaqner”ə lazımi miqdarda silah-sursatın verilməsini gözləyir.

Qeyd edək ki, bundan öncə “Vaqner” rəhbəri sursat çatışmazlığı problemi həll olmadığı təqdirdə şəhəri tərk edəcəklərini açıqlamışdı.

Teqlər: