Məndə olan etibarlı məlumata görə, “Vaqner” artıq Ermənistandadır.
AzerTimes xəbər verir ki, bunu “Sasna Çrer” terror qruplaşmasının rəhbəri Jirayr Səfilyan deyib.
“Vaqnerçilərin Ermənistana gəldiyi barədə məlumatlar var. Bu, etibarlı məlumatdır. Hətta onların harada yerləşdiyini də bilirik, onlara rəhbərlik edən şəxsin üç gün əvvəl “Ani” otelində kiminlə görüşdüyünü bilirik. Bunlar tanınmış simalardır, amma indi adlarını çəkməyəcəm”, – o bildirib.