Şairin xatirə gecəsi keçiriləcək

Şairin xatirə gecəsi keçiriləcək

Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək. Səməd Vurğunun ev muzeyinin rəhbərliyinin verdiyi məlumata görə, xatirə gecəsi iyunun 6-da, saat 19.00-da baş tutacaq.

Parisdə Azərbaycan Evinin və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı ilə keçiriləcək xatirə gecəsində Xalq şairi Vaqif Səmədoğlunun fransız dilində çıxan “Bir gün təbəssüm olmuşdum” adlı kitabı da təqdim olunacaq.

Xatırladaq ki, xatirə gecəsinin təşkilinə Azərbaycanın Fransadakı Səfirliyi dəstək verir. Tədbir Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək.

vagif-samadoglu