Dünya mediasında məşhur görücü Vanqanın 2024-cü illə bağlı kəhanətləri yayılıb.
AzerTimes Vanqanın növbəti il ilə bağlı proqnozlarını təqdim edir:
1. Putinə sui-qəsd
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə həmyerlilərindən biri tərəfindən sui-qəsdə məruz qalacaq.
2. Avropada terror
Avropada terror artacaq və “böyük ölkə” ya bioloji silahları sınaqdan keçirəcək, ya da hücum edəcək.
3. İqlim fəlakətləri
Gələn il çoxlu təbii fəlakətlər olacaq. Təbiət hadisələri ilə yanaşı, radiasiya səviyyələrində də artım baş verə bilər.
4. İqtisadi böhran
Artan borc, qlobal gərginlik və gücün Qərbdən Şərqə dəyişməsi iqtisadi böhrana səbəb olacaq.
5. Kiberhücumlar
Hakerlər milli təhlükəsizliyə təhdidləri artıraraq elektrik şəbəkələri və su təmizləyici qurğular kimi infrastruktura hücum etməyə başlayacaqlar.
6. Texnoloji inqilab
Kvant kompüterlərində böyük bir irəliləyiş olacaq, çünki kvant kompüterləri standart kompüterlərdən daha sürətli məlumat emal edir. Həmçinin süni intellektin istifadəsi artacaq.
7. Tibbi kəşflər
Həm xərçəngin, həm də Alzheimer xəstəliyinin müalicəsi olacaq.
Qeyd edək ki, Vanqa həmçinin kommunizmin 2076-cı ildə geri dönəcəyini və insanların 2304-cü ilə qədər zamanda səyahət edə biləcəyini proqnozlaşdırıb. Onun kəhanətləri 5079-cu ildə başa çatır. Məhz həmin ildə o, dünyanın sonu olacağı ehtimal edilir.
Xatırladaq ki, Vanqa simvol və bənzətmələrdən istifadə edib, onun kəhanətləri vaxtı gəldikcə ekspertlər tərəfindən “izahla oxunur”.