Vanda ardıcıl 4 zəlzələ baş verdi

Vanda ardıcıl 4 zəlzələ baş verdi

Türkiyənin Tuşba rayonunda bu gün saat 10.53-də 3,2 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

12 kilometr dərinlikdə baş verən zəlzələ ətraf rayonlarda da hiss olunub.

3,2 bal gücündə zəlzələdən sonra Vanda saat 11:39-11:59 arasında 3,6, 4,1 və 3,2 bal gücündə üç ayrı zəlzələ baş verib.

Teqlər: