Van Qoqun “Buğda tayası” 36 milyon dollara satılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Niderland rəssamı Vinsent van Qoqun “Buğda tayası” adlı əsəri Nyu-Yorkda “Christie’s” hərracında 35,9 milyon dollara satılıb.

Trend-in məlumatına görə, əsər proqnozlaşdırılan qiymətdən 6 milyon dollar daha baha satın alınıb.

Qeyd edək ki, rəssamın 1888-ci ildə Fransanın cənubunda yaşayarkən çəkdiyi rəsm əsəri İkinci Dünya müharibəsi zamanı alman nasistləri tərəfindən ələ keçirilmişdi.

1970-ci illərədək rəsmin taleyi naməlum qalırdı. Həmin dövrdə “Christie’s” hərrac evi onu ABŞ şirkətindən satın almışdı.

Teqlər: