Xəbər - Zeyni Cəfərov – Trend:
Tərəfdaş ölkələrin iqtisadi və maliyyə sistemində baş verən proseslər daim Mərkəzi Bankın diqqət mərkəzindədir.
AzerTimes-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın “Twitter” səhifəsində deyilir.
Bankın İdarə heyətinin sədri Elman Rüstəmov bildirib ki, ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir.
“Dünya neft qiymətlərinin artmağa meyil göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri gözlənilmir”
O əlavə edib ki, valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər resursları var.
(Tərcümə Orxan Nəbiyev)