Valideynlərin müasir-aktual problemi – Uşaqlarda inkişaf geriliyi

Uşaqlarda inkişaf geriliyi müasir valideynlər üçün aktual problemlərdən biridir. Hər bir uşaq müəyyən yaş dövrlərində bilik, bacarıq və vərdişlərə yiyələnməlidir. Öz yaş dövrlərinə uyğun bilik, bacarıq və vərdişlərə sahib olmayan uşaqlar inkişaf geriliyindən əziyyət çəkirlər. Bəzi valideynlər uşaqların inkişaf geriliyini anlamır, anlasalar belə qəbul etməkdə çətinlik çəkirlər. Onlara elə gəlir ki, uşaqlar böyüdükcə lazım olan bilik, bacarıq və vərdişləri qazanacaqlar. Əslində isə bu hal inkişaf geriliyinin daha da dərinləşməsinə səbəb olur.

Uşaqlarda inkişaf geriliyin yaranma səbəbləri nədir? – Mütəxəssislər bir çox səbəblərini aşkar etmişlər, lakin onların hamısının yaranma səbəbləri sonadək məlum deyil. İnkişaf geriliyinə təsir göstərən faktorları iki qrupa ayırırlar: ekzogen (xarici) və endogen (daxili). Onlar dölün ana bətnində inkişafı dövründə və körpənin həyatının ilk aylarında və ya illərində təsir göstərə bilər. İnkişafın kəskin pozuntusuna səbəb olan bir çox faktorlar var.Bunlardan ən mühümləri:genetik hallar, stresslər, hamiləlik dövründə ana və uşağın zəhərlənməsi, perinetal periodda hipoksiya, doğuşun ağır keçməsi, doğuş zamanı müxtəlif problemlər – ilk növbədə, mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olan travmalar, uşağın erkən yaşlarda keçirdiyi infeksion xəstəliklər və s. səbəb ola bilər.

Uşağın inkişafdan qalması xarakterinə görə bir neçə növə ayrılır:

• Nitq inkişafının ləngiməsi

• Psixonitq inkişafının ləngiməsi

• Psixi inkişafın ləngiməsi

• Psixomotor inkişafın ləngiməsi.

Gəlin bu inkişaf geriliyi növlərinə ayrı-ayrılıqda nəzər salaq.

1.Uşaqlarda nitq inkişafının ləngiməsi: Nitq inkişafda olan uşağın əsas inkişaf göstəricisidir. Bu, uşağın ətraf mühiti adekvat qavramasından və onunla qarşılıqlı əlaqədə olmağa hazılığından xəsəb verir. Ona görə də uşaqda nitqlə bağlı problemlər yaranarsa, bu, narahatçılıq üçün ciddi səbəbdir. Bu problemlərin erkən diaqnostikası müvafiq müalicənin aparılmasına, bəzi hallarda isə onlardan tamamilə qurtulmağa şərait yaradır. Nitq inkişafının ləngiməsinin müalicəsi kompleks şəkildə aparılmalıdır. Bu zaman nevropatoloqun baxışı və təyinatı (nootrop və s. preparatlar daxil olmaqla), loqopedlə məşgələlər, müasir aparat prosedurları ilə yanaşı, lazım gələrsə psixoloq və defektoloqun dəstəyi ilə müalicə olunur.

2.Psixonitq inkişafının ləngiməsi: Nitq inkişafı ləngiməsinin vaxtında korreksiya olunmaması daha ağır problemə psixonitq inkişafı ləngiməsinə gətirib çıxara bilər.

Nitq inkişafı ləngiməsindən fərqli olaraq, psixonitq inkişafının ləngiməsi diaqnozu 5 yaşından yuxarı uşaqla qoyulur. Son on ilin statistikasına görə, hər beş uşaqdan biri psixonitq inkişafı ləngiməsinin bu və ya digər formasından əziyyət çəkir.

Təhlükə ondan ibarətdir ki, məlum olduğu kimi, insan beyni 8 yaşınadək formalaşır. Və əgər diaqnoz çox gec qoyularsa, bir çox proseslər geridönməz ola bilər. Bir qayda olaraq, psixonitq inkişafındakı ləngimələr nitq ləngimələrindən irəli gəlir. Psixonitq inkişafı ləngiməsinin müalicəsində apparat terapiyası, psixoloji seanslar və loqopediq hərəkətlərdən istifadə edilir.

3.Uşaqlarda psixi inkişaf ləngiməsi: Bu problem uşağın yaddaş, diqqət, təfəkkür, həmçinin emosional-iradə sferası formalaşması probləmləri ilə xarakterizə olunur. Bir qayda olaraq, psixi inkişaf geriliyi diaoqnozu məktəbəqədər və ya daha az yaşlı olan uşaqlara qoyulur.

Psixi inkişaf ləngiməsinin müalicəsi mürəkkəb proses olub, yalnız düzgün yanaşma zamanı korreksiya edilir. Psixi inkişaf ləngiməsi pedaqoqların, psixoloqların və əlbəttə ki, valideynlərin cisddi səyi nəticəsində aradan qaldırıla bilər.

4.Motor inkişafın ləngiməsi: Motorika – körpənin sümük əzələ sisteminin inkişafı, olduğu mühitdə hərəkət etmə bacarıqlarının inkişafıdır. Böyük motorika inkişafı – iməkləmə, ayaq üstə sərbəst durmaq, gəzmək, qaçmaq, yerində yellənmək, geri qayıtmaq, tullanmaqdır, yəni bu bədənin ümumi əzələ sisteminin inkişafı nəticəsində baş verir.

Kiçik motorika – əl biləyi və barmaqlarının köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işidir. Bununla belə, onun inkişafı duyğu orqanlarının inkişafından asılıdır.

Motor inkişafın ləngiməsi uşağın 1 yaşına qədər aşkar olunur. Digər uşaqlar başını saxladığı oturduğu, dayandığı və ya yeridiyi təqdirdə, sözügedən problemdən əziyyət çəkən uşaqlar bu hərəkətləri yerinə yetirə bilmir.

Bəzən sadalanan problemlər özü-özlüyündə aradan qalxır, lakin bir çox hallarda isə uşağa təcili mütəxəssis müdaxiləsi tələb olunur. Yalnız belə olan halda uşaq gələcəkdə normal həyat tərzi sürə bilər. Motor inkişafın ləngiməsi müntəzəm massaj kursları, fizeoterapiya, həmçinin dərman preparatları (nootoplar da daxil olmaqla) ilə korreksiya edilir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:

+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.

Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:

aptekonline.az/qr

aptekonline.az

onlineaptek.az

Çatdırılma Pulsuzdur!

Teqlər: