Valideynlərdən COVID pasportu tələb olunacaq? – Təhsil naziri açıqladı

Xəbər - Çingiz Səfərli – Trend:

Valideynlərdən COVID-19 pasportu tələb etmirik.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, COVID-19 pasportu olmayan valideynin övladının məktəbə buraxılmayacağı haqqında məlumat doğru deyil:

“Amma müəyyən yerlərə daxil olarkən vətəndaşlardan COVID-19 pasportu tələb olunur. Yaxşı olardı ki, məktəb binalarına daxil olan valideynlərin də koronavirus pasportu olsun”.


Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Twitter:@cingizsafarli

Teqlər: