Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Zaporojye istiqamətində qoşunların komanda məntəqəsinə baxış keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komanda məntəqəsində Gerasimov general-polkovnik Aleksandr Romançukun mövcud vəziyyətlə bağlı məruzəsini dinləyib.
“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi diqqəti düşmənin vaxtında müəyyən edilməsinə, ona qabaqlayıcı zərbələrin endirilməsinə və əks-batareya döyüşünün aparılmasına yönəldib”, – məlumatda qeyd olunub.