Valensiyada 39 km uzunluğunda tıxac yarandı

Valensiyada 39 km uzunluğunda tıxac yarandı

Baş verən daşqın fəlakətindən dolayı İspaniyanın Valensiyaya girişdə və şəhərdən çıxışda 39 kilometr uzunluğunda tıxac yaranıb.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

“Valensiya yollarında cümə axşamı günü 39 km-ya qədər tıxac qeydə alınıb”, – deyə bildirilib.

Qeyd edək ki, 29 oktyabrda baş verən təbii fəlakətdə 200-dən çox insan həlak olub, infrastruktura xeyli ziyan dəyib.

Teqlər: